Toyda kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu


  • 14:54

Türkiyənin Giresun vilayətində toy mərasimində qida zəhərlənməsi baş verib.

E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, Giresunun Tirebolu rayonunda təşkil olunan toyda verilən yeməyi yeyən bəzi qonaqların vəziyyəti pisləşib.

Qarın ağrısı və ürəkbulanma şikayətləri ilə 13 nəfər Tirebolu Dövlət Xəstəxanasına müraciət edib.

Qida zəhərlənməsi şübhəsi ilə onlara tibbi yardım göstərilib.

Məlumata görə, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər