İzmirdə meşələrə giriş qadağan edilib


  • 15:04

Türkiyənin İzmir şəhərində meşə yanğınlarının qarşısını almaq məqsədilə meşəlik ərazilərə giriş məhdudlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə İzmir valiliyi məlumat yayıb.

Məlumata görə, 1 iyun - 31 oktyabr 2026-cı il tarixləri arasında şəhərdə müəyyən edilmiş meşəlik ərazilərə giriş və piknik etmək qadağan olunub.

Vətəndaşlar yalnız ayrılmış piknik sahələrindən istifadə edə bilərlər. Bunun üçün təhlükəsizlik qaydalarına əməl olunmalı, ərazi təmiz saxlanılmalıdır.

Həmçinin meşəlik ərazilərdə və onların ətrafında ocaq qalamaq qadağandır. Yandırılan odlar isə tam söndürülməlidir.

Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər