Malayziyada bu şəxslərin sosial mediaya girişi qadağan edilib


  • 15:17

Malayziyada 16 yaşdan kiçik şəxslərin sosial media hesabı açmasının qarşısını alan yeni qanun layihəsi qüvvəyə minib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, "Facebook", "Instagram", "TikTok" və "YouTube" da daxil olmaqla müxtəlif sosial media platformalarında yaş yoxlama sistemləri tətbiq olunacaq.

Tənzimləmənin məqsədi gəncləri sosial şəbəkələrdə yayılan zərərli məzmundan qorumaqdır.

Qaydaların təxminən 8 milyon sosial media istifadəçisini əhatə etdiyi bildirilir.

Tələblərə əməl etməyən sosial media şirkətləri 2,5 milyon dollara qədər cərimələnə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər