Avstraliyada fırtına ciddi fəsadlar törədib


  • 15:37

Avstraliyada baş verən şiddətli fırtına bir sıra fəsadlar törədib.

E-huquq.az ABC News"a istinadən xəbər verir ki, həftə sonu Avstraliyanın qərbində fırtına baş verib.

Saatda 135 kilometrə çatan güclü külək ağacları kökündən çıxarıb, elektrik xətlərini zədələyib.

Təcili yardım xidmətlərinə 700-ə yaxın yardım çağırışının gəldiyi bildirilir.

47 mindən çox abonent işıqsız qalıb.

Dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər