Tramp: "İran razılaşmaya hazırdır"


  • 15:43

"İran həqiqətən razılıq əldə etmək istəyir və bu razılaşma həm ABŞ-nin, həm də bizimlə birlikdə hərəkət edənlərin xeyrinə olacaq".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp söyləyib.

Tramp hər şeyin yaxşı olacağını söyləyib.

Ağ Ev lideri CNN-in İrana təqdim edilən müqavilə layihəsinin nüvə mövzusunu ehtiva etməməsi ilə bağlı iddialarını rədd edib.

O, layihə mətnində İranın nüvə silahına malik olmayacağını açıq şəkildə ifadə etdiyini bildirib.

Tramp əlavə edib ki, saziş layihəsi nüvə məsələsinin müxtəlif ölçülərini çox güclü və təfərrüatlı şəkildə əhatə edir və mətnin əhəmiyyətli bir hissəsi bu mövzuya həsr olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər