- 16:40
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna 282 təsdiqlənmiş yoluxma faktı aşkarlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin yaydığı hesabatda əks olunub.
Virus İturi əyalətinə daha sürətlə yayılır. Belə ki, 282 yoluxma faktının 264-ü bu əyalətdə aşkar edilib.
Məlumata görə, virusdan 42 nəfər ölüb, 238 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər isə sağalıb.
Humay Eminqızı