- 16:40
Fransada 6,2 milyon dollar dəyərində olan "Divara yapışdırılmış banan" əsəri muzeydən oğurlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Metz şəhərindəki Centre Pompidou Muzeyində nümayiş etdirilən məşhur mədəniyyət nümunəsi olan "Divara yapışdırılmış banan" adlı rəsm əsəri oğurlanıb.
Mühafizəçi bananın sərgidə yox olduğunu görəndə hadisə barədə polisə məlumat verib.
Muzey rəhbərliyi naməlum şəxs və ya şəxslər barəsində cinayət işi açıldığını açıqlayıb.
Oğurlanmış əraziyə dərhal əvəzedici banan yerləşdirilib.
Şəbnəm Mehdizadə