Ukraynalı nazir: "Azərbaycan qış mövsümündə enerji təhlükəsizliyimizə əhəmiyyətli töhfə verdi"


  • 16:08

Azərbaycan 2025-2026-cı illərin qış mövsümündə Ukraynaya generatorlar, transformatorlar və kabel məhsulları tədarük etməklə əhəmiyyətli yardım göstərib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

“Azərbaycan bizim dayanıqlılığımıza əhəmiyyətli töhfə verib. Azərbaycanlı tərəfdaşlarımız generatorların, transformatorların, kabel məhsullarının və digər həyati vacib avadanlıqların tədarükünü təmin ediblər. Hazırda da onlar qarşıdan gələn qış mövsümünə hazırlığımızı dəstəkləyirlər”, - deyə nazir qeyd edib.

Şmıqal, həmçinin Prezident İlham Əliyevə və Azərbaycanın energetika naziri Pərviz Şahbazova təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Bakı Kiyevə ümumilikdə 11 paket enerji yardımı təqdim edib.

Humay Eminqızı

Oxşar xəbərlər