- 16:40
“Həqiqi ailə dəyərlərindən daha vacib heç nə yoxdur”.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə “Qəhrəman ana” və “Valideyn şöhrəti” ordenlərinin təqdim edilməsi mərasimində bildirib.
“Məhz bu dəyərlər insana ən etibarlı dayaq verir. İnsan üçün valideyn olmaqdan, uşaqlarının dünyanı necə tanıdığını, böyüyüb inkişaf etdiyini gündən-günə izləməkdən daha böyük xoşbəxtlik yoxdur. Ənənəvi ailə dəyərlərinin qorunması, uşaqlığın müdafiəsi, yaşlı nəslə və valideyn əməyinə hörmət – bütün bunlar cəmiyyətimizi birləşdirən ən vacib amillərdir. Bu dəyərlər nəsildən-nəslə ötürülür və bizə birlikdə inamla irəliləməyə kömək edir”, - o qeyd edib.
Humay Eminqızı