Məzmuna keç

Tramp: İran danışıqları dayandırdığı barədə ABŞ-a məlumat verməyib

ABŞ Prezidenti Donald Tramp İranın danışıqları dayandırması ilə bağlı Vaşinqtona hər hansı məlumat vermədiyini bildirib.

E-huquq.az xəbər verir ki, "NBC News"a açıqlamasında Tramp İranla bağlı məsələlərin həddindən artıq müzakirə edildiyini qeyd edib.

“Məncə, biz bu barədə həddindən artıq danışmışıq. Düşünürəm ki, bir az susmaq yaxşı olardı”, – ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, danışıqların mümkün dayandırılması İranın yenidən bombardman olunacağı anlamına gəlmir.

Bununla yanaşı, o bildirib ki, ABŞ İran ətrafında tətbiq etdiyi dəniz blokadasını davam etdirəcək.