ABŞ-də silahlı insident nəticəsində 6 nəfər ölüb


  • 12:07

ABŞ-ın Ayova ştatının Maskatin şəhərində silahlı insident baş verib.

E-huquq.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, polis hadisənin şəhərdəki iki ev və bir iş yerində baş verdiyini açıqlayıb.

Məlumata görə, şübhəli Ryan Willis McFarland əvvəlcə bir evdə dörd nəfəri öldürüb. İstintaq zamanı digər qurbanların kimliyi müəyyənləşdirilib. Onlardan birinin meyiti başqa evdə, digərləri isə yaxınlıqdakı iş yerində tapılıb. Hadisə nəticəsində ümumilikdə 6 nəfər həyatını itirib.

İlkin ehtimallara görə, atışma ailə münaqişəsi zəminində baş verib və qurbanların hamısının şübhəli şəxsin ailə üzvləri olduğu güman edilir.

Polisin açıqlamasında qeyd olunur ki, istintaq davam edir və hadisəni törədən şəxs çay kənarında intihar edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər