Mikroavtobusla avtomobil toqquşdu: 6 nəfər yaralandı


  • 12:24

Türkiyənin Karabük vilayətində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Karabükün Safranbolu rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə yerinə tibb, jandarma və xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili yardımla Safranbolu Dövlət Xəstəxanasına və Karabük xəstəxanasına aparılıb.

Qəzanın səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər