- 13:13
Birləşmiş Millətlər Təşkilatı (BMT) bütün dünyada həddindən artıq istilərə səbəb olan El Nino iqlim fenomeninin geri dönmək üzrə olduğunu açıqlayıb.
E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, BMT bütün ölkələri təcili tədbirlər görməyə çağırıb.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) okean və atmosfer modellərinə əsasən, El Nino-nun “ən azı orta” və ya “güclü” intensivliklə geri dönəcəyini proqnozlaşdırır. Bəzi alimlər isə bu dövrün əsrin ən güclü El Nino dalğası ola biləcəyini bildirirlər.
El Nino dövrləri regiondan asılı olaraq fərqli təsirlər yaradır. Cənubi Amerikada, ABŞ-nin cənubunda, Afrika Buynuzu və Mərkəzi Asiyada həddindən artıq yağış gözlənilir; Avstraliya, İndoneziya və Cənubi Asiyada isə şiddətli quraqlıqlar proqnozlaşdırılır.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, bu fövqəladə iqlim hadisəsi milyonlarla insan üçün ərzaq çatışmazlığına səbəb ola bilər.
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, qlobal böhranla mübarizənin yeganə yolu qalıq yanacaqlardan asılılığı azaltmaq, bərpa olunan enerjiyə keçidi sürətləndirmək və hər kəsi əhatə edən erkən xəbərdarlıq sistemlərini tətbiq etməkdir.
Şəbnəm Mehdizadə