- 13:13
İran ABŞ ilə mümkün sazişə tələsmir.
E-huquq.az İranın Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, rəsmi Tehran ABŞ ilə mümkün saziş layihəsini hələ də nəzərdən keçirir və danışıqlarda vasitəçi qismində çıxış edən Pakistana indiyədək rəsmi cavab verməyib.
Məlumata görə, İran tərəfi qərar qəbul etməkdə ehtiyatlı mövqe sərgiləyir. Buna səbəb kimi ABŞ-nin əvvəlki danışıqlar zamanı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi göstərilir.
Rəsmi Tehran mümkün razılaşmanın ölkənin maraqlarına uyğun olub-olmadığını qiymətləndirir və sənəddən nəzərəçarpacaq iqtisadi və siyasi faydalar əldə etməyə çalışır.
Şəbnəm Mehdizadə