- 13:53
"MV Hondius" kruiz gəmisi biotəhlükəsizlik əməliyyatından sonra yeni marşrutu ilə yola çıxır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, may ayında 28 müxtəlif ölkədən təxminən 150 sərnişin və ekipajı daşıyan MV Hondius kruiz gəmisində hantavirus aşkarlanıb. Gəmidə olan 13 nəfər hantavirusa yoluxub, onlardan üçü ölüb. Xəstəliyin Argentinada gəmiricilərlə təmasda olan iki sərnişindən yayıldığı güman edilir.
Hollandiyanın səhiyyə qurumları gəminin göyərtəsində çox geniş biotəhlükəsizlik əməliyyatı həyata keçirib.
Gəminin sahibi olan Oceanwide Expeditions səkkiz göyərtəli nəhəng gəminin hər hissəsinin hərtərəfli təmizləndiyini və içəridə gəmiricilərin qalmadığını açıqlayıb.
Gəmiyə mayın 30-dan etibarən yenidən üzməyə icazə verilib.
Gəminin şəxsi heyəti tamamilə dəyişdirilib, yeni heyətin karantinə alınan əməkdaşların heç biri ilə əlaqəsinin olmadığı vurğulanıb.
Hazırda logistika və hazırlıq mərhələsində olan MV Hondius, mövsümün ilk Arktika səyahəti üçün iyunun 6-da Norveçin Svalbard arxipelaqında dünyanın ən şimal yaşayış məntəqəsi olan Longyearbyendən yola düşəcək.
Şəbnəm Mehdizadə