Rusiyada kafedə 70 nəfər zəhərləndi


  • 13:53

Rusiyanın Pyatiqorsk şəhərində “Mao Bao” kafedə kütləvi zəhərlənmə olub.

E-huquq.az xəbər verir ki, bu barədə Stavropol diyarının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, kafedə təqdim edilən qidadan ümumilikdə 70 nəfər zəhərlənib. Onlardan 59-u xəstəxanaya yerləşdirilib.

Xəstələrdə salmonella infeksiyası aşkar edilib.

Hazırda kafenin fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəhər rəhbəri bildirib ki, kafenin sahibi yoxlama aparan qurumlarla əməkdaşlıq edir və zərərçəkənlərə yardım edir.

Humay Eminqızı

Oxşar xəbərlər