Almaniyada tramvay qəzası - azı 20 nəfər yaralandı


  • 14:01

Almaniyanın paytaxtı Berlində tramvay qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 09:30-da Alt-Hohenşönhauzen rayonunda baş verib.

Tramvay naməlum səbəblərdən kontakt şəbəkəsinin dəstək dirəyinə çırpılıb. Nəticədə tramvayın arxa hissəsi relsdən çıxıb.

Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Humay Eminqızı

Oxşar xəbərlər