Konqoda Ebola virusundan 48 nəfər ölüb


  • 15:02

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma nəticəsində 48 təsdiqlənmiş ölüm faktı qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Kristian Lindmayer Cenevrədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda 116 şübhəli yoluxma faktı və 321 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Məlumata görə, 6 nəfər Eboladan sağalıb.

Lindmayer həmçinin bildirib ki, Uqandada 1 iyun tarixinə olan məlumata əsasən, virusa 9 təsdiqlənmiş yoluxma faktı və bir ölüm hadisəsi qeydə alınıb.

Humay Eminqızı

Oxşar xəbərlər