"OpenAI" məhkəməyə verilib


  • 15:18

ABŞ-nin Florida ştatı "OpenAI" və şirkətin baş direktoru Sem Altmanı məhkəməyə verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, "ChatGPT" xüsusilə azyaşlılar üçün təhlükəlidir.

Florida "OpenAI"-ni məhsulun yaratdığı risklərə görə məhkəməyə verən ilk ştatdır.

Florida Baş prokuroru James Uthmeier bildirib ki, şirkət mənfəəti ictimai təhlükədən üstün tutur və bu, Floridada qəbul edilməyəcək. Məhkəmədə "OpenAI" aldadıcı biznes təcrübəsi, səhlənkarlıq və məhsul məsuliyyəti qanunlarını pozmaqda ittiham olunur. İddiada həmçinin Altmanın Floridalılara dəymiş zərərə görə şəxsən məsuliyyət daşımalı olduğu göstərilir.

İddialar arasında "ChatGPT"nin kütləvi atışmalara kömək etmək, intiharı təbliğ etmək, yetkinlik yaşına çatmayanları alətdən asılı vəziyyətə salmaq və istifadəçilərin tənqidi düşünmə bacarıqlarını zəiflətmək də var.

"OpenAI" isə uşaqlar üçün ciddi müdafiə tədbirləri gördüyünü, yaş qiymətləndirmə sistemi və valideyn nəzarət imkanları tətbiq etdiyini açıqlayıb. Şirkət fəaliyyətini bu sahədə davam etdirəcəyini bildirib.

Baş prokuror Uthmeier "OpenAI"nin proqramlarını dəyişdirməli olduğunu və milyardlarla dollar zərərlə üzləşə biləcəyini söyləyib. İddia xüsusilə gənc istifadəçilər üçün yetərli valideyn nəzarətinin olmaması ilə bağlıdır.

Həmçinin ötən il Florida Dövlət Universitetində baş verən kütləvi atışmanın təfərrüatlarını "ChatGPT" vasitəsilə planlayan şəxslə bağlı "OpenAI"nin məsuliyyət daşıya biləcəyini iddia edilib. Şirkət isə faktiki məlumat verdiyini və qanunsuz fəaliyyətləri təşviq etmədiyini bildirib.

Baş prokuror Uthmeier digər ştatların da bu hüquqi mübarizəyə qoşula biləcəyini vurğulayıb. Daha əvvəl Pensilvaniya və Kentukki ştatları da süni intellekt şirkətlərinə qarşı məhkəmə iddiaları qaldırmışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər