Rusiya vətəndaşlığı almaq istəyənlər üçün yeni tələb


  • 15:40

Prezident Vladimir Putin Rusiya vətəndaşlığı almaq üçün müraciət edən şəxslərə dair tələblərə dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Rusiya pasportu almaq istəyən namizədlər müraciət zamanı məhkumluğun olub-olmaması barədə arayışı da təqdim etməli olacaqlar.

Əgər namizədin məhkumluğu varsa, sənəddə onun hansı cinayətlərə görə məhkum edildiyi barədə məlumat göstərilməlidir.

Sənəd vətəndaşlıq üçün müraciət edilməzdən ən tez üç ay əvvəl verilməlidir. Əgər namizədin bir neçə pasportu varsa, həmin pasportları verən hər bir ölkədən müvafiq sənədlər təqdim edilməlidir.

Rusiya Federasiyasının ərazisində daimi yaşayan şəxslər öz vətənlərindən məhkumluq haqqında arayış təqdim etməyə bilərlər. Rusiya Prezidentinin humanitar və ya digər məqsədlər üçün qəbul edilmiş xüsusi qərarı da onları belə bir sənəd təqdim etməkdən azad edə bilər.

Fərman Ukrayna vətəndaşlarını məhkumluğa dair arayış təqdim etməkdən azad edir.

Humay Eminqızı

Oxşar xəbərlər