Gənclərin böyük qismi psixoloji dəstək üçün süni intellektdən istifadə edir


  • 16:06

Gənclər arasında süni intellektdən istifadə sürətlə artır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, RAND araşdırma firması tərəfindən aparılan və JAMA Pediatrics jurnalında dərc edilən araşdırma göstərib ki, gənclər arasında qısa müddət ərzində süni intellektdən istifadə sürətlə artıb.

Araşdırmaya əsasən, hər beş yeniyetmə və gəncdən biri kədərli, qəzəbli, gərgin və ya stresli hiss etdikdə süni intellektə üz tutur. 2025-ci ilin əvvəlində keçirilən analoji sorğuda gənclərin 13 faizi psixoloji məsləhət almaq üçün chatbotlara müraciət etdiklərini bildirib.

Noyabrda keçirilən son sorğuda bu rəqəm 19 faizə yüksəlib.

RAND-ın Baş Siyasət Tədqiqatçısı və tədqiqatın aparıcı müəllifi Ryan McBain deyib ki, bu, kədərli mənzərədir.

12-21 yaş arası iştirakçılar arasında aparılan araşdırma nəticəsində məlum olub ki, gənclərin böyük əksəriyyəti chatbotların məsləhətlərini faydalı hesab edir. İştirakçıların təxminən 63%-i terapiya üçün süni intellektdən istifadə etdiklərini və bunu heç kimə demədiklərini bildirib.

Mütəxəssislər lisenziyalı psixi sağlamlıq mütəxəssislərinin çatışmazlığının gənclərin süni intellektə üz tutmasının əsas səbəblərindən biri hesab edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər