- 17:38
ABŞ-nin şimal-şərqində Yerə doğru hərəkət edən meteorit partlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Partlayış ərazidə güclü səs bumlarına səbəb olub.
Parçalanma zamanı buraxılan enerjinin təxminən 300 ton TNT-yə bərabər olduğu təxmin edilir ki, bu da eşidilən güclü partlayış səslərini izah edir.
Asteroidin atmosferə girdiyi zaman saatda 120.000 kilometrdən (saatda 75.000 mil) sürətlə hərəkət etdiyi və partlayışın təxminən 64 kilometr (40 mil) yüksəklikdə baş verdiyi müəyyn edilib.
Sakinlər qəfil, yüksək səslərə görə təşvişə düşüblər, sosial şəbəkə istifadəçiləri isə partlayışın evləri silkələyəcək qədər güclü olduğunu bildiriblər.
Şəbnəm Mehdizadə