- 17:38
Braziliyanın Resife bölgəsində növbəti köpək balığı hücumu baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Boa Viagem çimərliyində 19 yaşlı qız suda üzərkən köpək balığı tərəfindən hücuma məruz qalıb.
Hücumdan sonra onun sağ ayağı amputasiya edilib.
Qeyd edək ki, hadisədən bir gün əvvəl Piedade çimərliyində 11 yaşlı oğlan köpək balığı hücumuna uğrayıb və nəticədə sol ayağını itirib.
Resife bölgəsində köpək balıqlarının hücumları tez-tez baş verir. Belə ki, son 34 ildə 84 belə hücum qeydə alınıb. Bunlardan 27-si ölümlə nəticələnib.
Mütəxəssislər ictimaiyyəti dənizdə daha diqqətli olmağa çağırırlar.
Şəbnəm Mehdizadə