- 10:18
Türkiyənin 2 vilayətində meşə yanğınlarının qarşısını almaq üçün meşəlik ərazilərə giriş qadağan edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Balıkesir və Küthayada sentyabrın 30-dək meşəlik ərazilərə giriş qadağan edilib.
Bildirilib ki, meşəlik ərazilərdə piknik etmək, ocaq qalamaq qadağandır.
Qaydalara əməl etməyənlər müvafiq qaydada cərimələnəcək.
Şəbnəm Mehdizadə