22.10.2026
Avtomobil dərəyə aşdı, 2 nəfər öldü
Dünya

Avtomobil dərəyə aşdı, 2 nəfər öldü

İyn 3, 2026

Türkiyənin Aydın vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Aydının Didim rayonunda avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə polis, xilasedicilər və tibb qrupları göndərilib.

Qəza zamanı sürücü və sərnişin Özlem Erişkin ağır yaralanıb.

Təcili yardım maşını ilə müxtəlif xəstəxanalara çatdırılan yaralıların həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə