Ağdaşda maşın ağaca çırpıldı - Ölən var


  • 09:33

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

E-huquq.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə xəsarət alıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər