- 10:51
ABŞ-nin Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs bankın qarşısında barrikada quraraq bir neçə nəfəri girov saxlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bakersfield Polis İdarəsi məlumat yayıb.
Məlumata görə, Chase Bank filialına bomba təhlükəsi barədə məlumat daxil olub.
Danışıqlar nəticəsində bir girov azad edilib. İçəridə olanların sayı barədə dəqiq məlumat verilməsə də, girovların sağ olduğu qeyd edilib.
Hücumçunun üzərində partlayıcı qurğunun olduğu ehtimal edilir.
Hadisə yerinə çoxsaylı polis, taktiki cavab qrupları, təcili tibbi yardım və Federal Təhqiqat Bürosunun agentləri cəlb olunub. Yaxınlıqdakı binalar boşaldılıb, bəzi yollar müvəqqəti bağlanıb. Polis ictimaiyyəti ərazidən uzaq durmağa çağırıb.
Hadisə yerində təcili çadırlar qurulub ki, fövqəladə hallarda xəsarət alanlar dərhal müayinə olunsun.
Bakersfield Bələdiyyə sədri Karen Goh da əhaliyə hüquq-mühafizə orqanlarına işlərini təhlükəsiz yerinə yetirməyə imkan verməyi tövsiyə edib.
Şəbnəm Mehdizadə