Məzmuna keç

Energetika Nazirliyi 27 min manatlıq sifariş verdi

Energetika Nazirliyinin Azərbaycan Respublikasında təsis edilən texniki komitələr tərəfindən beynəlxalq, dövlətlərarası və regional standartların layihələrinin hazırlanması və onların ekspertizalarının aparılması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxsi olub.

Qalibə 27.456,24 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə