İranın Küveytə hücumu nəticəsində 1 nəfər ölüb, 63 nəfər yaralanıb


  • 17:32

İran ordusunun Küveyt Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları və raketlərlə etdiyi hücum nəticəsində 1 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ordu hava məkanında 13 ballistik raket və 17 pilotsuz uçuş aparatını aşkar edib və zərərsizləşdirib. Bəzi raket və qırıntılar isə yerə düşərək ziyana səbəb olub.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hücumu ABŞ-nin Küveyt və Bəhreyndəki varlıqlarına cavab olaraq həyata keçirdiklərini açıqlayıb.

Küveyt Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, hücum zamanı 63 nəfər yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər