- 23:31
Avropa İttifaqında Rusiya ilə dialoq məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinin yaradılması ideyası müzakirə olunur.
E-huquq.az xəbər verir ki, bu təşəbbüs artıq bir neçə həftədir Aİ institutlarında müzakirə predmetidir.
Nəşr yazır ki, Fransa başda olmaqla bir sıra Avropa ölkələri Moskva ilə dialoqun bərpası imkanlarını araşdırır.
Məlumata əsasən, Rusiya ilə gələcək münasibətlərin formatı və mümkün siyasi təmasların mexanizmləri Brüsseldə müzakirə olunan əsas mövzulardan biridir.