- 3 İyun 23:31
Tanzaniya Rusiya ilə ticarət və investisiya sahəsində əməkdaşlıq çərçivəsində səyləri artırmaq barədə razılığa gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Tanzaniya Prezidenti Samia Suluhu Həsən Rusiya lideri Vladimir Putin ilə görüşünün yekunlarına dair “X” sosial şəbəkəsində yazıb.
Tərəflər həmçinin müxtəlif sahələrdə sosial-iqtisadi əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
"Biz birlikdə 2020-2025-ci illər arasında ölkələrimiz arasında ticarət dövriyyəsinin 72%-ə çatan artımını qeyd etdik. Bundan əlavə, ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq və dostluq əlaqələrini nəzərə alaraq, xalq üçün daha böyük iqtisadi fayda və firavanlıq əldə etmək məqsədilə ticarət və investisiyaların inkişafı istiqamətində səyləri artırmağa razılaşdıq", - Prezident bildirib.
Samia Suluhu Həsən əlavə edib ki, Tanzaniya və Rusiya üçün yeni imkanlar açmaq məqsədilə tərəflər müxtəlif strateji sahələrdə əməkdaşlığın gücləndirilməsi tədbirlərini müzakirə ediblər. Bunlara elm, texnologiya, təhsil, kənd təsərrüfatı, energetika, infrastruktur, faydalı qazıntıların hasilatı və turizm sahələrində əməkdaşlıq daxildir.
Humay Eminqızı