Ebola simptomları olan 11 nəfər karantin müəssisələrindən qaçıb


  • 11:56

Konqo Demokratik Respublikasının (KDR) şərqində Ebola virusu əlamətləri olan 11 nəfər karantin müəssisələrindən qaçıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qaçanların axtarışları istiqamətində işlər davam etdirilir.

Ümumilikdə, 4200 nəfər hazırkı Ebola virusu səbəbindən tibbi müşahidə altındadır.

Ebola virusunun inkubasiya müddəti 21 gündür.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Ebola virusundan təsdiqlənmiş ölüm faktlarının sayı 62 nəfər, təsdiqlənmiş yoluxma faktlarının sayı isə 363 nəfərdir.

Humay Eminqızı

Oxşar xəbərlər