Məzmuna keç

Krımda elektrik qatarına PUA hücumu:

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatı (PUA) Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında şəhərətrafı qatarı vurub.

E-huquq.az xəbər verir ki, bu barədə regionun qubernatoru Sergey Aksyonov “Telegram” hesabında bildirib.

Onun sözlərinə görə, Qatar Azovskoye-Kerç marşrutu ilə hərəkətdə edirmiş.

Hücum nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Humay Eminqızı