Bacısı uşaqlarını döyən dayı və həyat yoldaşına 10 il həbs cəzası verilib


  • 12:20

Türkiyənin Qaziantep vilayətində bacısı qızlarını döyən dayı və onun həyat yoldaşı 10 il müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az-ın TRT Haber-ə istinadən verdiyi məlumata görə, hadisə Şahinbəy rayonunun Geylani məhəlləsində yerləşən supermarketlərin birində baş verib.

Məlumata əsasən, alış-veriş üçün mağazaya gələn iki bacı dayıları, onun həyat yoldaşı və qızları tərəfindən təpik və yumruqlarla döyülüb. Hadisə anı supermarketin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Xəsarət alan bacılar hadisədən sonra xəstəxanaya yerləşdirilib.

İş üzrə keçirilən məhkəmə prosesinin yekununda təqsirləndirilən şəxslərə 10 il həbs cəzası verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər