Dəhşətli cinayət: 2 nəfəri öldürüb evi yandırdı


  • 12:33

Türkiyənin Mersin vilayətində 2 il əvvəl baş verən yanğın hadisəsi ilə bağlı dəhşətli faktlar ortaya çıxıb.

E-huquq.az-ın TRT Haber-ə istinadən verdiyi məlumata görə, Mersinin Erdemli rayonunda təxminən 27 ay əvvəl evlərində baş verən yanğında öldüyü güman edilən yaşlı cütlüyün əslində cinayət qurbanı olduğu müəyyən edilib.

Belə ki, yanğından sonra Durmuş (54) və Elif Bütüner (49) adlı cütlüyün cəsədləri yaşadıqları evdə aşkar edilib.

Ekspertiza nəticəsində cütlüyün yanğından əvvəl öldürüldüyü müəyyən olunub.

Bunun ardından prokurorluq hadisə yerinə ekspert qrupu göndərib. Araşdırmalar göstərib ki, yanğını C.O. adlı şəxs qəsdən törədib. Şübhəli şəxsin yanğın zamanı evdə olduğu müəyyənləşdirilib və o, qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.

Şübhəli ifadəsində hadisə baş verən gün axşam saat 21:30-a qədər cütlüyün evində olduğunu, yanğının onun getdikdən sonra başladığını iddia edərək ittihamları rədd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər