Üç fəhləni elektrik cərəyanı vuraraq öldürdü


  • 12:59

Türkiyənin Samsun vilayətində dəhşətli hadisə baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, hadisə Samsunun Tekkeköy rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.

Belə ki, fabrikdə çirkab suların toplandığı quyuda su nasosunu təmir edən 3 fəhləni elektrik cərəyanı vurub.

Əraziyə dərhal xilasedicilər, polis və tibb qrupları cəlb edilib.

Fəhlələrin hadisə yerində həyatını itirdiyi müəyyən edilib.

Hadisədən sonra fabrikin fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər