- 16:13
İsveçrənin Cenevrə şəhərində Bel-Air meydanında keçirilən nümayişdə iştirak etdikləri üçün cərimələnən beş fəalın cəriməsi ləğv edilib.
E-huquq.az “Tribuna de Geneve” qəzetinə istinadla xəbər verir ki, Cenevrə Məhkəməsi qərarın prosessual qüsurlu olduğunu müəyyən edərək fəallara tətbiq olunan cərimələri aradan qaldırıb.
Hakim bildirib ki, az sayda nümayişçinin Bel-Air meydanında toplanmasına qadağa yoxdur.
Qeyd edək ki, ictiami fəallar burada Fələstinə dəstək məqsədilə etiraz aksiyası keçiriblər.
Şəbnəm Mehdizadə