- 16:36
ABŞ-də 1966-cı ildən bəri ilk dəfə olaraq bir heyvanda ət yeyən parazit Yeni Dünya Screwworm (NWS) aşkar edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) məlumat yayıb.
Məlumata görə, son bir ildə Meksikada geniş yayılan parazit Texasda üç həftəlik buzovda aşkarlanıb.
Hadisə ABŞ-Meksika sərhədindən təxminən 48 kilometr aralıda yerləşən La Pryor şəhərində qeydə alınıb.
Federal və əyalət rəsmiləri, parazitin xəstə heyvanlardan keçdiyini və xəstəliyin yayılmasının qarşısını almaq üçün 20 kilometrlik ərazinin karantinə alındığını bildiriblər.
Digər tərəfdən, parazitlərin yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
Parazitin insanlara və ev heyvanlarına yoluxma riskinin kifayət qədər aşağı olduğu və vəziyyətin qida təhlükəsizliyi üçün təhlükə yaratmadığı bildirilir.
ABŞ Kənd Təsərrüfatı Naziri Brooke Rollins nazirlik işçilərinin əməliyyatları dəstəkləmək üçün Cənubi Texasa gəldiyini söyləyib.
Şəbnəm Mehdizadə