- 16:36
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Devon bölgəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 3 əsgər həlak olub.
Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü qəzanın helikopter təlimi zamanı baş verdiyini təsdiqləyib.
Hərbi Dəniz Qüvvələrinin rəisi general ser Gwyn Jenkins, vurulan helikopterin Somersetdəki RNAS Yeovilton-da yerləşən Merlin Mk4 olduğunu təsdiqləyib və qəza ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Şəbnəm Mehdizadə