- 17:43
Böyük Britaniyada Leyboristlər Partiyasından olan deputat Cess Asato ameriaklı milyarder iş adamı İlon Maska məxsus xAI şirkətini məhkəməyə verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, deputat onun saxta bikinili fotolarının "Grok" vasitəsilə yaradıldığını iddia edib.
"Mən süni intellekt saxtakarlığının qurbanı olmuş minlərlə qadından biriyəm. Buna görə şirkət cavab verməlidir" - deyə o əlavə edib.
Deputatın hüquqlarını müdafiə edən hüquqşünas Ravi Naik bildirib ki, bu məsələdə qanun çarəni təmin etməlidir.
Qeyd edək ki, "Grok" bu ilin əvvəlində onun real insanların seksual, saxta şəkillərini yaratmaq üçün istifadə oluna biləcəyi aşkar edildikdən sonra kəskin tənqidlərə məruz qalıb. Tənqidlərdən sonra sonra xAI artıq istifadəçilərə real insanların seksual şəkillərini yaratmağa icazə verməyəcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə