Qəzzada ölənlərin sayı 73 min nəfərə çatır


  • 17:31

Son 24 saat ərzində Qəzza zolağında İsrail ordusunun atəşkəsi pozması nəticəsində 11 nəfər ölüb, 32 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 947-yə, yaralananların sayı isə 2 935-ə çatıb.

İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bəri isə ölənlərin ümumi sayı 72. 956 nəfərə, yaralananların sayı isə 173 043 nəfərə çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər