Türkiyədə 15 yaşlı oğlan Krım-Konqo qızdırmasından ölüb


  • 17:36

Türkiyədə 15 yaşlı yeniyetmə gənə dişləməsi nəticəsində həyatını itirib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada Krım-Konqo qızdırması (KQQQ) şübhəsi ilə müalicə alan 15 yaşlı Mehmet Akkaya vəfat edib.

Yozqatın Sorğun rayonunda yaşayan Mehmet Akkaya 4 gün əvvəl gənə tərəfindən dişlənib. Yaralanmadan sonra onu qohumları xəstəxanaya aparıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, Mehmet Akkayanın həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər