Baqrat Qalstanyan ev dustaqlığına buraxıldı


  • 20:36

Ermənistan məhkəməsi arxiyepiskop Baqrat Qalstanyanın barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.

E-huquq.az xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.

“Arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına köçürülüb. Bu qərarı Apellyasiya Məhkəməsi onun vəkili Hovhannes Xudoyanın vəsatətini qismən təmin edərək qəbul edib”, - məlumatda deyilir.

Xatırladaq ki, arxiyepiskop 2025-ci il iyunun 26-da saxlanılıb. O, terrorçuluq, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunub. Arxiyepiskop özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və baş verənləri siyasi təqib adlandırır.

Oxşar xəbərlər