- 20:36
“Hizbullah”ın Baş katibi Naim Qasım İsrail ordusunu Livandan çıxarana qədər döyüşəcəklərini bəyan edərək atəşkəs təklifini rədd edib.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail ordusu (IDF) rəsmi açıqlama yayıb.
Məlumata görə, ölkənin şimal hava məkanına PUA sızması İsrailin şimalında həyəcan siqnalları işə düşüb. İsrailin məşhur “Yedioth Ahronoth” qəzetinin iddialarına görə isə, Naim Qasımın atəşkəs əleyhinə çıxışından dəqiqələr sonra sözügedən bölgəyə “Hizbullah” tərəfindən ən azı 3 PUA göndərilib.
Hücum zamanı diqqətçəkən əsas məqam isə hava həyəcanının elan olunduğu Şlomi məskunlaşma məntəqəsi ilə bağlı olub. Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən qəsəbədə yerli idarəçilərlə görüş keçirib və həyəcan sinqalından cəmi bir neçə dəqiqə əvvəl ərazini tərk edib. Baş nazirin PUA hücumundan son anda xilas olduğu bildirilir.
Xatırladaq ki, bu gərginlikdən bir qədər əvvəl ABŞ Dövlət Departamenti İsrail və Livanın genişmiqyaslı atəşkəs barədə razılığa gəldiyini elan etmişdi. Həmin razılaşmanın əsas şərti kimi “Hizbullah”ın hücumları tamamilə dayandırması və öz hərbi birləşmələrini Litani çayının cənubundan geri çəkməsi tələb olunurdu.