Aktyor Ceyms Hendi qətlə yetirilib


  • 09:42

Amerikalı aktyor Ceyms Hendi qətlə Los-Ancelesdə qətlə yetirilib.

E-huquq.az xəbər verir ki, bu barədə “Los-Angeles Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 3-də səhər saatlarında bir kişi polisə zəng edərək az əvvəl günahkar bir insanı öldürdüyünü bildirib. Polis əməkdaşları hadisə yerinə gəldikdə, 81 yaşlı aktyoru bıçaq yarası ilə aşkar edib.

Hendi daha sonra xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Ceyms Hendi xüsusən “Jumanji” (1995), "Araknofobiya" filmlərində aldığı rollarla tanınır. O ən son "Top Gun: Maverick" blokbasterində barmen “Cimmi” rolunda olub.

Humay Eminqızı

Oxşar xəbərlər