Türkiyədə yol qəzası: 7 nəfər yaralandı


  • 10:43

Türkiyənin Eskişehir vilayətinin Odunpazarı rayonunda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə işçiləri daşıyan mikroavtobusun avtomobil ilə toqquşması nəticəsində baş verib.

Zərbə nəticəsində mikroavtobus idarəetməni itirərək aşıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər