- 11:59
Türkiyənin Bursa şəhərində baş verən silahlı insidentdə iki nəfər həyatını itirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə naməlum səbəbdən küçədə ər-arvad və şəxsiyyəti məlum olmayan digər şəxs arasında mübahisə zamanı baş verib.
Mübahisə zamanı şübhəli şəxs odlu silahdan cütlüyə atəş açıb və hadisə yerindən qaçıb. Hər iki şəxs aldığı xəsarətdən hadisə yerində ölüb.
Polis hadisəni törədən şəxsin tutulması üçün geniş axtarışa başlayıb.
Şəbnəm Mehdizadə