ABŞ onları sanksiyalar ilə hədələdi


  • 13:21

ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau Vaşinqton tərəfindən Kolumbiyada prezident seçkiləri prosesinə qanunsuz müdaxilə edən şəxsləri fərdi sanksiyalar tətbiq etməklə hədələyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, müavinin sözlərinə görə, Kolumbiyada ədalətli seçkilərin keçirilməsinin təmin edilməsi üçün Karib hövzəsində və başqa yerlərdə vəziyyət diqqətlə izlənilir.

Landau bildirib ki, Kolumbiyada istər səslərin satın alınması, istərsə digər üsullarla demokratik prosesi pozmaq və ya onunla manipulyasiya etmək istəyi olanların öz vizalarını və ailə üzvlərinin vizalarını riskə atır.

Qeyd edək ki, mayın 31-də Kolumbiyada prezident seçkiləri keçirilib. Səslərin hesablanmasına əsasən, liderlər Abelardo de la Espriella və İvan Sepeda olub. Bu nəticələrə əsasən, onlar 21 iyun tarixində keçiriləcək ikinci tura çıxırlar.

Humay Eminqızı

Oxşar xəbərlər