- 15:27
Türkiyənin paytaxtı Ankaradakı Esenboğa Hava Limanından havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsində baş verən insident səbəbindən sərnişinlər təxliyə olunub.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, hadisə təyyarə sərnişinləri qəbul etdikdən sonra uçuş-enmə zolağına doğru hərəkət edərkən baş verib. Belə ki, sərnişinlərdən birinin əl yükündə olan portativ şarj cihazından (powerbank) tüstü çıxmağa başlayıb.
Vəziyyət barədə dərhal məlumat verən pilotun xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri görülüb. Cihazda yaranan kiçik yanğın qısa müddətdə söndürülüb.
Hadisədən sonra təyyarədə olan bütün sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə