- 15:27
İsrail Livanın daha altı şəhərini hücumla hədələyib.
E-huquq.az xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adre bu barədə paylaşım edib.
Sözçü İsrail ordusunun Livanın cənubundakı Sarafənd, Tuffahta, əl-Babiliyyə, Kakaiyyet Sanavbar, əl-Mərvaniyyə və Saqsaqiya qəsəbələrini hədəf alacağını açıqlayıb.
Adre bölgədəki livanlılardan evlərini tərk edərək Zəhrani çayının şimalına köçmələrini istəyib.
Şəbnəm Mehdizadə